Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən zəlzələdən daha çox ziyan çəkmiş Kahramanmaraşdan sonra bu gün də Qaziantep şəhərinə səfər edib.
Mia.az xəbər verir ki, o, burada birifnq keçirib.
O, bu şəhərdə 1415 nəfərin zəlzələ nəticəsində öldüyünü, 10 395 nəfərin isə yaralandığını açıqlayıb.
Ərdoğan təəssüflə bildirib ki, zəlzələdə ölənlərin sayı 14 004, yaralıların sayı isə 63 794 nəfərə çatıb: "Tariximizin ən böyük zəlzələ fəlakətindəyik. Dünən zəlzələnin mərkəzi Kahramanmaraş, Hatay və Adana olmaq üzrə bəzi şəhərləri gəzdim, bütün qurumlarımızla birgə meydandayıq. Bu gün Məclisdə 3 aylıq fövqəladə vəziyyət haqqında qanunun qəbuluna nail olaraq, qanunun qüvvəyə minməsini təmin edəcəyik".
Türkiyə prezidenti daha sonra görülən işlərdən, ölkələrin yardımlarından söz açıb.
O, Azərbaycana, onun prezidenti İlham Əliyevlə birinci xanımı Mehriban Əliyevaya yardımları üçün minnətdarlıq edib: "Azərbaycanda hər yerdə Türkiyəyə tək ürək halında yardım toplanması barədə xəbərdaram. Necə ki, biz Qarabağdakı 44 günlük savaşda Azərbaycanı tək qoymadıq, indi də Azərbaycan bizi tək qoymur. Qardaşım İlham Əliyevə, bacım Mehriban Əliyevaya öz adımdan, ailəm adından, xalqım adından minnıtdaram...".
Ərdoöan daha sonra bildirib ki, dağılan binaların yerində bir il içində yeni binalar tikiləcək.
Samir,
Mia.az