Məşhur aktyor Kerem Bürsin "İnstagram"dakı hesabından ingiliscə video paylaşıb.
Mia.az xəbər verir ki, o, video-müraciətində Türkiyənin rəsmi qurumlarının (AFAD və sair) yardım kampaniyası üçün hesablarını paylaşaraq, zəlzələdən zərərçəkmiş bölgəyə dünyadan yardım istəyib: "Hamınızın bildiyi kimi, fevralın 6-da 10 şəhərimzdə 7,7 və 7,5 gücündə şiddətli zəlzələ olub. Bu zəlzələ təxminən 14 milyon insana güclü təsir edib. Təxminən 10 min bina və tikintiləri dağılıb. İndi bölgənin hər cür yardıma ehtiyacı var. Edilə biləcək hər yardım yararlıdır. Bu videonun altında rəsmi yardım kampaniyalarını təşkil eədn qurumlaırn hesabları var, ora yardım edə bilərsiniz. Yardım edən hər ölkəyə və beynəlxalq təşkilatlara minnətdarıq...".
Ləman,
Mia.az