Bu gün Türkiyə Super Liqasında növbəti derbi baş tutub.

Mia.az xəbər verir ki,"Beşiktaş" öz meydanında "Fənərbaxça"nı qəbul edib.

Gərgin oyunda hesabı görüşün 8-ci dəqiqəsində "Fənərbaxça"nın futbolçusu Fernandao açıb - 1:0.

Birinci hissə bu hesabla başa çatsa da, "Beşiktaş" ikinci hissəyə daha sürətli başlayıb. Artıq 49-cu dəqiqədə xorvat müdafiəçi Vida hesaba tarazlıq gətirib - 1:1.

77-ci dəqiqədə isə "Beşiktaş"lı Rikardo Kvarejma möhtəşəm qolla fərqli artırıb  - 2:1.

Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 4-cü dəqiqədə (90+4) isə Neqredonun ötürməsini çox dar çərçivədən yenə Rikardo Kvarejma qola çevirib. 

Beləliklə, oyun "Beşiktaş"ın hesabına başa çatıb - 3:1.

Bununla da "Beşiktaş" xallarının sayını 44-ə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Fənərbaxça" da eyni xala sahib olsa da, ikili nəticə və qol fərqinə görə 4-cü pillədə qərarlaşıb.

Mia.az