Dünən Türkiyədə baş verən zəlzələyə görə çökən binanın altında qalan Türkiyənin “Yeni Malatyaspor” komandasının qapıçısı hələ də xilas edilməyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 32 saatdan çox dağımtı altında qalan futbolçu Əhməd Eyüp Türkaslanın həyat yoldaşı göz yaşları içində kömək istəyib.
Sosial şəbəkədə yayılan videoda o, xilasetmə işlərinin ləng getməsinə etiraz edib: "Eyüp 32 saatdır dağıntılar altında qalıb, kömək edin, yalvarıram. Hazırda onun altında qaldığı binanın ağır betonlarını qaldıraqcaq nə kran, nə başqa texnikalar var. Burada çökən binanın altında qalamnlar Allahın ümidinə buraxılıb, heç kim çıxarılmır, kpmək edin, bizə....".
Zülfiyyə,
Mia.az