Prokuror məşhur türk şoumeni Mehmet Ali Erbilə 7 il 3 ay həbs cəzası istəyib.
Mia.az xəbər verir ki, o, kliplərinin birində çəkilən sosial media fenomeni Ece Ronay Biliri zorlamaqda ittiham olunur.
Bu gün keçirilən prosesə o və Ece Ronay qatılmasa da, vəkilləri müvəkkillərinin müdafiə çıxışını edib.
Daha sonra prokuror çıxış edərək, Erbilin cinsi təcavuz, zəng, mesajla təhdid və sair cinayətlərə yol verdiyini deyib. Və onun ittiham olunduğu maddələrə görə yekun olaraq 7.3 il həbsə məhkum olunmasını tələb edib.
Məhkəmə iclası fevralın 10-na təxirə salıb.
Zülfiyyə,
Mia.Az