Bu gün Laçın yolunun Şuşadan keçən hissəsində azərbaycanlı könüllülərin ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyasından 54 gün ötür.
Mia.az xəbər verir ki, bu gün səhərdən də həmişə olduğu kimi, dövlət himnimiz oxunub, ermənilərin Qarabağ iqtisadi rayonunda həyata keçirdikləri ekoloki terrora qarşı şüarlar səsləndirilib.
Onu da qeyd edək ki, Ermənistan hakimiyyətinin böhtanına baxmayaraq, yol humanitar məqsədlər tamamilə açıqdır. Dünən yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 7 sülhməramlılara məxsus isə 95 maşın hər iki istiqamətə sərbəst keçid ediblər.
***
Bu gün saat 10.00-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus 5 maşın Xankəndidən Laçına doğru yollanıb.
***
Bu gün saat 12.00-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 19 maşın aksiyanın keçirildiyi yoldan hər iki istiqamətə maneəsiz hərəkət edib.
Bununla da hələlik Laçın yolundan gün ərzində sərbəst istifadə edən maşınların sayı 24-ə çatıb.
***
Bu gün saat 15.00-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 6 maşın yoldan hər iki istiqamətə maneəsiz hərəkət edib.
***
Bu gün saat 20.00-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 18 maşın yolun hər iki istiqamətinə maneəsiz hərəkət edib.
Bununla da Laçın yolundan gün ərzində sərbəst istifadə edən maşınların sayı 24-ə çatıb.
Lamiyə,
Mia.az