"Söylemesem, olmaz" verilişinin aparıcısı Ebru Şancı məşhur müğənni Hadisə ilə "Qalatasaray"ın argentinalı ulduz futbolçusu Mauro İkardinin sevgili olduğunu iddia edib.

Mia.az xəbər verir ki, “Qalatasaray”ın sabiq futbolçusu Alpaslan Öztürkün həyat yoldaşı Ebru Şancı “Söylemesəm olmaz” verilişində Hadisə ilə 29 yaşlı ulduz futbolçu arasında eşq həıyatnın olduğunu deyib: ""Qalatasaray"lı bir futbolçunun həyat yoldaşından öyrəndim və o, bunu çox açıq şəkildə söylədi. Hadisə yaxınlarına İkardidən xoşlandığını deyib. Hadise dünən onunla görüşmək üçün "Qalatasaray"ın matçına getdi, normalda o, belə oyunlara  getmir.

Hadisənin matça getdiyi şəxs futbolçu Mertensin həyat yoldaşıdır (Onlaırn oyuna birgə getməsini təsdiq edən foto aşağıda verilib - Mia.az). Həm İkardi, həm də Hadisə qəlblərini birləşdirir. Bilirsinz, İkardının Vanda Nara ilə evliliyindən 3 övladı var. İndidən biz deyək, onsuz da tezliklə hər şeyi eşidəcəksiniz".

Xatrladaq ki, Hadisə də ötən il boşanıb. İkardi isə bu yaxınlarda seksual arvadını xəyanatda ittiham edərək, ayrılıb.

Ləman,

Mia.az