Saadet Partiyasının lideri Temel Karamollaoğlu prezidentliyə ən şansıə namizədi adını açıqlayıb.
Mia.az xəbər verir ki, o, CHP lideri Kamal Kılıdaroğlunun namizəd olacağı halda, 99 faiz qələbə qazanacağına əmin olduğunu deyib: "Kamal bəy CHP-nin siyasətində bir inqilab həyata keçirib. CHP heç olmadığı qədər gücə, nüfuza sahiblənib. İndi isə zamanı gəldi, o, namizəd olmalıdır. Kimsənin onun qələbəsinə şübhəsi olmasın. Mayın 14-dəki seçkininin 99 faiz qalibi odur. Bilirsiniz, həmişə 1/100 ehtimalı var. Və heç kim heç nə barədə 100/100 deyə bilməz".
Temel Karamollaoğlu "6-lı masa"nın tezliklə prezidentliyə namizədini elan edəcəyini deyib.
Xatırladaq ki, bundan əvvəl Demokat Partiyasının lideri Uysal Gültəkin də CHP liderinin namizəd olacağının anonsunu verib.
Samir,
MİA.AZ