Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında "6-lı Masa"nı seçki platformasından söz açıb.
Mia.az xəbər verir ki, o, canlı yayımlanan çxışında deyib: "Ötən gün "altılı masa" aylardır çalışdıqları və zəhmət çəkdikləri ortaq seçki platformalarını yayıb. İnsan istər-istəməz bir gözləntiyə girir. Axı, hamımız insanıq, hər şey mümkündür. Biz hələ də qarşımızda prezidentliyə namizəd irəli sürə bilməyən çarəsiz bir "masa"nın olduğunu unutmuruq, təbii ki. Yenə də dedik, baxaq, görək bunlar seçki proqramında nə demək istəyir. Kaş baxmaz olaydım...".
Ərdoğan müxalif liderlərini ölkədə nə işlər görüldüyündən, ölkədə və bölgədə nələr getdiyindən xəbərsiz olmada ittiham edib: "Yazıqlar olsun bunlara...".
Lamiyə,
Mia.az