Bu barədə Mia.az-a daxil olan məlumata görə, yeni rektor Ədalət Muradov Zəfər Bayramovun icra etdiyi İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor vəzifəsini ləğv edib: "Yeni rektor "İctimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektor” vəzifəsinin səlahiyyətlərindən "ictimaiyyətlə” sözü çıxardı. Daha sonra isə Hazırlıq fakültəsinin dekanı, iqtisad elmləri namizədi və «Menecment» kafedrasının dosenti Səadət Qəndilovanı tələbələrlə iş üzrə prorektor təyin etdi. Onun təyinatında maraqlı gedişlərlə yanaşı, keçmiş rektor Şəmsəddin Hacıyevin bir neçə "söyüşlü-davalı qrup toplantı”larında yadda iştirakı haqda da informasiyalar var…”.
Mia.az-ın məlumatında bildirilir ki, Ə.Muradov yaxın günlərdə Z.Bayramovun YAP-ın universitetdəki təşkilatının sədri postundan da uzaqlaşdıracaq: "Artıq yeni rektorun hakim partiya təşkilatına namizədi də müəyyənləşdirilib…”.