Laçın yolunun Şuşadan keçən hissəsində sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı 52 gündür fasiləsiz aksiya davam edir.
Mia.az xəbər verir ki, həmişəki kimi, bu gün səhər də dövlət himnimizlə aksiyanı açan könüllü ekofəallar sülhməramlılardan nəzarətlərində ollan ərazilərdəki faydalı yataqlarımızda monitorinq aparılmasına şərait yaratmalarını tələb edirlər.
Onu da qeyd edək ki, yol humanitar məqsədlər tamamilə açıqdır.
Gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi və sülhməramlılara məxsus avtomobillər yoldan hər iki istiqamətə rahat gediş-gəliş edirlər.
Bu gün saat 10.00-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus 3 avtomobil Xankəndidən Laçına doğru sərbəst hərəkət edib.
***
Bu gün saat 11.00-a olan məlumata görə, Rusiya sülhməramlılarına məxsus daha 18 avtomobil Laçın yolunun Şuşadan keçən hissəsindən maneəsiz keçid eidb.
Mia.az xəbər verir ki, həmiin maşınlar Laçından Xankəndi istiqamətinə yollanıb.
***
Laçın yolunda keçirilən aksiya yerli rus icması da qatılıb.
Mia.az xəbər verir ki, onlar etirazçılarla birgə “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarları səsləndirirlər.
Samir,
Mia.az