Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı sorğu şirkətləri durmadan çalşır.
Mia.az xəbər verir ki, əvvəlki sorğular Ərdoğan və onu partiyasının bu seçkidə ciddi səs itirəcəyi qənaəti yaratsa da, 26 böyük şəhərdə keçirilən son sorğu vəziyyətin dəyişdiyini göstərir.
Belə ki, ASAL Araşdırma və Məsləhətçilik Şirkəti 14-24 yanvar aralığında İstanbul, Tekirdağ, Balıkesir, İzmir, Aydın, Manisa, Bursa, Kocaeli, Ankara, Konya, Antalya, Adana, Hatay, Kırıkkale, Kayseri, Zonguldak, Kastamonu, Samsun, Trabzon Ərzurum, Ağrı, Malatya, Van, Qaziantep, Şanlıurfa və Mardin də daxil olmaqla 26 şəhərdə sorğu keçirib.
"Bu bazar günü parlament seçkisi olsaydı, hansı siyasi partiyaya səs verərdiniz?” sualına cavab verən iştirakçıların çoxu Ərdoğanın lideri olduğu AK partiyasının adını çəkib - 39.2.
Əvvəlki sorğularla müqayisədə səs faizini 3 faiz artıran AK Pariyanı həmişə olduğu kimi CHP təqib edib: 23,8.
Digər partiyaların aldığı səslər isə aşağıdakı cədvəldə qeyd olunub:
Lamiyə,
Mia.az