Türkiyənin məşhur seriallarından olan "Mən bu cahana sığmazam"da "Firuzə" rolu ilə sevilən aktrisa Pelin Akil maşını ilə hərəkətdə olarkən təhqir olunub.

Mia.az xəbər verir ki, bu barədə aktrisanın özü sosial media səhifəsində paylaşım edib.

O bildirib ki, İstanbulda "salfet" satan uşaq ondan təhqirdolu sözlərlə pul tələb edib: ""Beşiktaş" stadionunun kənarında salfet satan uşağın necə olduğunu bilirsinizmi? Mənə pul ver deyir, özü də bilirsiz necə iyrənc danışaraq söyüş söyür... Valideynlərimi, ailəmi söyür, pəncərəni döyür ki, sən bunu alassan. Deyir ki, pulu qəbrə aparacaqsan-filan. Pulum yoxdur, amma sənin kimi danışan uşağa vermək istəmirəm... Çox əsəbləşdim. Biz harda yaşayırıq, bu insanlar niyə belədir. Telefonu əlimə aldım, dedim polisə zəng edəcəm, "zəng vur" deyir. O qədər rahatdır ki, "istəyirsən polisə zəng elə" deyir".

Ləman,

Mia.az