Rəsmi Bakı İsraildə sinaqoqa silahlı hücum zamanı 8 nəfərin ölməsi, 10 nəfərin yaralanması ilə bağlı bu ölkəyə başsağlığı verib.
Mia.az xəbər verr ki, bu barədə Azərbaycan XİN paylaşım edib: “Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”.
Xatırladaq ki, hadisəni törədən şəxs güllələnərək öldürülüb.
Lamiyə,
Mia.az