Prezidentin köməkçisi Hikmət Hacıyevlə bu gün İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə səfir məlumat paylaşıb.
O bildirib ki, Hikmət Hacıyevlə vacib görüş keçirib: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bəyan etdim".
Samir,
Mia.az