Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə səfir məlumat yayıb: "Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik".
Mia.az