Bu gün "6-lı Masa"nın (CHP, İYİ, Səadət, DEVA, Gələcək və Demokrat partiyalarının birləşdiyi siyasi ittifaq- Mia.az) toplantısı olub.
Mia.az xəbər verir ki, 9 saat sürən toplantıda prezidentliyə vahid namizəd müəyyənləşdirilməyib.
Bildirilib ki, növbəti görüş fevralın 13-də olacaq və həmin gün namizəd elan olunacaq.
"6-lı Masa" 9 saatlıq iclasdan sonra "Yetər, söz millətindir" başlığı ilə birgə bəyanat yayıb və burada əsas ağırlıq Türkiyə prezidenti Ərdoğanın 3-cü dəfə prezidentliyə namizəd ola bilməyəcəyinin üzərinə qoyulub: "Ərdoğan, qanunvericiliyə görə, 3-cü dəfə namizəd ola bilməz. O, mayın 14-də namizəd kimi seçkiyə qatıla bilməz. Bu, demokratiyaya, türk tarixinə ziddir...".
Qeyd edilib ki, bu qanunsuzluğa baxmayaraq, "6-lı Masa" seçkiyə hazırdır və "hodri meydan" deyir.
Bəyanatda toplantıda vahid namizəd məsələsinin müzakirə olunduğun vurğulanaraq, bildirlib ki, müxalifət bütün ölkəni və əhalini qucaqlayacaq vahid namizədini növbəti toplantıda elan edəcək
Samir,
Mia.az