Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkləri ilə bağlı "6-lı masa" adlandırılan 6 əsas partiyadan biri - DEVA partiyasının sədri Ali Babacan bu gün mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mediasına istinadla istinadla xəbər verir ki, Babacan sabah müxalif liderlərin toplanacağını desə də, şəxsən onun və partiyasının hansısa şəxsin namizədliyini irəli sürmək planı olmadığını vurğulayıb: "Ancaq "6-lı Masa"da müzakirə ediləcək hər namizədlə bağlı fikrimiz, sözsüz ki, olacaq. Heç kim narahat olmasın, seçki günü axşam görəcəksiniz ki, "6-lı Masa"nın namizədi prezident, DEVA partiyası isə bu seçkinin ulduzudur".
Babacan Ərdoğanın ona "15 il yanımda oldu, heç nə öyrənə bilmədi. Get, pampersini sat" xitabına da cavab verib: "Əsas odur ki, nə edirsən et, qazancın halal olsun...".
Ərdoğanın ona "ilişməsi"nin uduzmaq qorxusu olduğunu deyən Babacan bu səbəbdən onun son vaxtlar qəzəbli davrandığını iddia edib: "Çünki məğlubiyyət kompleksi yaşayır".
Yeri gəlmişkən, bir neçə gün əvvəl "6-lı Masa"nın üzvlərindən olan Demokrat partiyasının lideri Gültəkin Uysal vahid namizədlərinin CHP lideri Kemal Kılıçdaroğlunun olacağının anonsunu verib.
O səbəbdən "6-lı Masa"nın sabahkı iclası böyük maraq doğurur.
Onu da qeyd edək ki, Babacan Ərdoğan iqtidarında müxətlif nazirliklərin başçısı vəzifəsində işləyib.
Xaırladaq ki, "6-lı Masa"ya CHP, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası və Gələcək Partiyası daxildir.
Lamiyə,
Mia.az