Ukrayna hərbçiləri Donetskin Soledar qəsəbəsini tərk edib.

Mia.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu faktı Ukrayna Silahlı Qüvvələri təsdiqləyib.

Bildirilib ki, ordu rəhbərliyi qəsəbədə döyüşən şəxsi heyəti xilas etmək üçün addımı atmaq məcburiyyətdə qalıb: "Ancaq qətiyyətlə döyüşən hərbçilərimiz düşməni müdafiə xəttini yararaq irəliləməsinə imkan verməyiblər. Hazırda hərbçilərimiz əvvəlcədən hazırlanmış müdafiə mövqeyinə geri çəkilib".

Xatırladaq ki, Rusiyanın bu istiqamətdə ordusunu əsasən "Vaqner" qrupunun muzdlu döyüşçüləri t\əmsil edirlər.

Rusiya MN isə yanvarın əvvəlində bu qəsəbəni tam ələə keçirdiyini açıqlasa da, Zelenski iddianı təkzib etmişdi.

Bu arada Ukrayna MN bu gün Rusiyanın daha bir su-25 qırıcını vurduğunu elan edib.

Samir,

Mia.az