Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Mia.az-ın əldə etdiyi xəbərə görə, iclasda daha 100-dək müraciətə baxılaraq qərar verilib.
Bununla da indiyədək 300-dən çox müraciət araşdırılıb.
Məlumata görə, növbəti iclas yanvarın 31-də olacaq.
***
Bu gün saat 16.00-da Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası başlayıb.
Mia.az-ın əldə etdiyi xəbərə görə, iclasda 100-dək müraciətə baxılacaq.
Xatırladaq ki, bundan əvvəlki iclaslarda ümumilikdə 200-dək müraciət araşdırılıb.
Lamiyə,
Mia.Az