Xəbər verildiyi kimi, 2 gün əvvəl Ağdaş rayonuna səfəri zamanı prezident İlham Əliyevə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemini təqdim edən nazir Ziya Məmmədov gözləmədiyi etirazla qarşılaşmışdı.
Belə ki, 28 kilometr uzunluğunda dördzolaqlı yolun yaşıllıq ərazidən keçəcəyini görən Prezident İlham Əliyev Ziya Məmmədova etirazını bildirərək, layihəni dəyisdirməyi tapşırıb: "Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm”.
Mia.az həmin anın videosunu təqdim edir: