Türkiyədə prezident və parlament seçkilərinin mayın 14-də keçirilməsinin açıqlanması dünyanın diqqətini bu ölkəyə yönəldib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, seçkiyə rəsmən start verilməsə də, etibarlı və nüfuzlu şirkətlər ölkədə tez-tez sorğu keçrir.

Son əhatəli sorğunu isə güvənilən şirkətlərdən sayılan Sosial Siyasət Araşdırma Şirkəti (Sosial Politik Araştırma Şirkəti) həyata keçirib.

Şirkətin "Sabah seçki olsa, hansı partiyaya səs verərsiniz", - sualına əsasən alınan nəticələrə görə, Ərdoğanın lideri olduğu AK Partiya səslərin 33.2, CHP 28.5, İYİ partiya 13.3, HDP isə 13.1 faizini qazanacaq.

Dövlət Bahçelinin partiyası MHP-ni isə 6.5 faiz səs qazanacağı güman olunur.

Zülfiyyə,

Mia.az