2018-dən bu yana kütləvi konsert verməyən amerikalı dünyaca məşhur müğənni Beyonce Giselle Knowles-Karter (əsl adı Beyonce Giselle Knowles-Carter) bir saatlıq konsert verərək, 35 milyon dollar qazanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Beyonce dünyanın ən məşhur "Atlantis The Royal" hotelinin açılışında səhnəyə çıxıb.

Məlumata görə, bir saat ərzində dünyanın məşhur insanları konsertə axın edib. Nəticədə onsuz da baha olan və əsasən  ən varlı adamların qatıldığı açılışda biletlərinqiyməti daha da yüksəlib və sonda müğənni ümumilikdə 35 milyon dollar qazancla səhnəni tərk edib.

Onu da qeyd edək ki, açılışı olan "Atlantis The Royal"ın 11 min kvadrat metr sahəyə malik olan 22 mərtəbəli lüks hoteldir. Onun bazasında eyni zamanda istirahət məqsədiylə gəmilər də var. Məsələn, Beyonce və ailəsinin qaldığı "Royal Mansion" admiral gəmisində bir gecəlik qiymət 142 min dollardır.

Ləman,

Mia.az[