Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Mia.az xəbər verir ki, bu barədə Odessada yaşayan azərbaycanlı jurnalist Anar Natiqoğlu məlumat paylaşıb:
"...Əslən Oğuz rayonundan olan, 1974-cu il təvəllüdlü Məmmədov Elçin Telman oğlu savaşa qədər Odessada yaşayıb. Döyüşlərə könüllü olaraq Xerson istiqamətində başlayan soydaşımız Baxmut uğrunda döyüşlərdə həlak olub. Şəhidimizin ukraynalı xanımı bir neçə il öncə dünyasını dəyişibmiş. Bir oğlu, bir qızı var!
Ruhu şad olsun".
Samir Musayev,
Mia.az