Rusiya prezidenti Putin paytaxt Moskvada raket və PUA hücumlarına qarşı sensasiyalı qərar qəbul edib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putinin əmri ilə Moskvada bəzi starteji dövlət obyektlərinin yerləşdiyi binaların üzərinə S-400 və "Pantsir" raket kompleksləri yerləşdirilir.

Məlumata görə, belə komplekslər əsasən Rusiya Müdafiə Nazirliyi və ona yaxın binaların üst qatlarına quraşdırlır.

Hərbi qaynaqlardan sızan xəbərə görə, bu, Ukraynadan gözlənilən raket və PUA zərbələrinə qarşı qabaqlayıcı müdafiə tədbirləridir.

Dünya və qardaş Türkyə mətbuatı isə bunun Putinin savaşın Rusiyanın içərisinə sıçrama qorxusundan irəli gəldiyini deyir: "Putin savaşın Moskvanın içinə sıçrayacağından çəkinir..."

Lamiyə,

Mia.az


 Mia.az