Rəsmi Moskva Ukrayna və Qərb ölkələrinə sərt xəbərdarlıq edib.
Mia.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Putinin sözçüsü Dmitri Peskov Moskvada qəzetçilərin suallarını cavablandırarkən deyib.
Peskov Qərb ölkələrinin, xüsusi ilə Almaniya, Polşa və Finlandiyanın Ukraynaya müasir tank tədürükünün sərt cavabının olacağını bəyan edib:
"Bunun dəqiq və kəskin cavabı olacaq, sözsüz. Düzdür, göndərilən tankların çoxunun istismar müddəti bitib, təmirə ehtiyacları var. Amma daha əvvəl dediyimiz kimi, bu cür hərbi dəstəklər əməliyyat zonamızın təməlində heç nəyi dəyişməsə də, Ukrayna və Ukrayna xalqı üçün ciddi problemlərə yol açacaq".
Putinin sözçüsü bildirib ki, hazırda döyüşlərin yuxarıya doğru şiddətləndiyini görürürük: "NATO ölkələrinin bu savaşa birbaşa və dolayı qatıldığını zamanla görürürk. Bunlar Ukrayna üçün yaxşı gələcək vəd etmir..."
Samir,
Mia.az