Hazırda Türkiyədə "Kanal D" televiziyasında yayımlanan "Üç quruş" serialında baş rol ifaçılarından olan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə 3 milyon təqibçisi olan "İnstagram"da yeni fotolarını paylaşıb.

Mia.az xəbər verir ki, azərbaycanlı aktrisanın yarıçılpaq fotoları türk izləyiciləri tərəfindən "rəy yağmuru"na tutulub.

Xatırladaq ki, Türkiyədə Mərmərə Universiteti Kino və Televiziya Fakültəsinin məzunu olan Nəzrin Cavadzadə 2007-ci ilin ATV-nin "Yersiz Yurdsuz" adlı serialında oynayıb. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü", "Kiçik Ağa" adlı seriallarında da rol alan aktrisa 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görülüb.

O, həm də görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.

Ləman,

Mia.az