Bakıda səfərdə olan İsrail Xarici İşlər Nazirliyinin rəsmisi Aliza Bin Noun və səfri Corc dik bu gün Şəhidlər xiyabanını ziyarət edib.
Mia.az xəbər verir ki, bu barədə İsrailin ölkəmizdəki səfiri Corc Dik tviterdə paylaşım edib : “Qara Yanvarı anmaq üçün Bakıdakı Şəhidlər xiyabanını ziyarət etdik”.
Xatırladaq ki, bu gün 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Almaniya səfiri Ralf Horlemann, İsveç səfiri Tobias Lorentzson, Slovakiya səfiri Milan Layçak, İtaliya səfiri Klaudio Taffurin və başqa diplomatlar da Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bununla bağlı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko tviterdə paylaşım edib: "Avropa İttifaqı sülhdolu, sabit və firavan Cənubi Qafqazın tərəfdarıdır. Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzərək, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".
Lamiyə,
Mia.az