Son məlumata görə, Kiyevdəki qəza ölənlərin sayı 19-a çatıb. 

Mia.az xəbər verir ki, onlardan 15-i uşaqdır, 29 nəfər isə ağır yaralanıb.

Hazırda hadisənin səbəbi araşdırılır.

Ukraynanın Baş prokuroru Andrey Kostinin sözlərinə görə, hazırda istintaq bütün ehtimaları yerində dəyərləndirir: "Faciə yerində təcili istintaq hərəkətləri həyata keçirilir. İbtidai istintaq Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqlərinə həvalə olunub. Helikopterin qəzaya uğraması ilə bağlı mümkün versiyaları nəzərdən keçirilir”.

***

Ukraynanın paytaxtı Kiyevdə ölkəni sarsıdan dəhşətli qəza baş verib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, ölkənin Daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin, dövlət katibi Yuri Lubkov və aralarında iki uşaq olmaqla ümumilikdə 18 nəfər helikopter qəzasında ölüb.

Məlumata görə, helikopter uşaq bağçasının üzərinə düşüb, nəticədə güclü yanğın və dağlntı olub, 27-i yaralı var.

Mia.Az