İranla Böpyük Britaniya arasında gırginlik durmadan artır.

Mia.az xəbər verir ki, rəsmi Tehran ingilisləri ölkədəki etiraz aksiyalarına gizli dəstək verməklə yanaşı, bəzi vəzifəli şəxsləri casusluq fəaliyyəti üçün ələ almaqda ittiham edir.

İş o yerə çatıb ki, Britaniyanın Tehrandakı səfirliyinin binasının hasarlarına müxətlif alçaldıcı şüarlar da yazılır. Səfirlik bir neçə dəfə bu yazıları silsə də, rejim dəstəkçiləri bu cür yazıları hasara yazmaqda davam ediblər.

Təbii ki, İran kimi bir rejimdə rəsmi xeyir-dua olmasa, buna heç kəs cəsarət edə bilməz.

Hadislərin belə gərgin olduğu bir məqamda isə rəsmi Tehran Britaniyaya casusluqda ittiham etdiyi İranın sabiq müdafiə naziri Əlirza Əkbərini dar ağacından asdı.

Bu isə nöinki iki ölkə arasındakı vəziyyəti gərginləşdirdi, həm də İrana qarşı Avropadan etirazları artırdi.

Mia.az-ın əldə etdiyi məlumata görə, bu gün Fransa və Almaniyanın səfirləri dəstək məqsədi ilə Britaniyanın  Tehrandakı səfirlik binası önünə toplanıb.

Bu arada beynəlxalq hüquqçu Vəli Nəsr deyib ki, Avropa ölkələri artıq bütün səfirlərini Tehrandan geri çağırmağa hazırlaşır.

Mia.az