Bu gün Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus daha 6 maşının hərəkətinə şərait yaradılıb.

Mia.az xəbər verir ki, biri yük maşını olmaqla həmiin maşınlar Laçından Xankəndinə doğru yollanıb.

***

Laçın yolunda 35 gündür fasiləsiz keçirilən etiraz aksiyası davam edir.

Mia.az verir ki, isti yer və qidalarla təmin olunan aksiyaçılar səhərədək şüarlar səsləndirir, mahnılar oxuyurlar.

Bu gün sülhməramlılara məıxsus 11, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus isə 5 maşın Xankəndidən Laçın və ya əks istiqamətlərə hərəkət ediblər.

Xatırladaq ki, aksiyanın məqsədi Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması, ərazidəki faydalı yataqlarda monitorinqlərin keçiriləməsinə nail olmaqdır

Mia.az