Azərbaycan Ordusunun əsgər Xankişiyev Mətin İsrəfil oğlu vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əsgər tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən dünyasıı dəyişib: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!".

Mia.az