Türkiyədə gənc qıza cinci təcavüz etməkdə günahlandırılan keçmiş hərbçi Musa Orhan məşhur aktrisadan şikayət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Musa Orhanın şikayəti üzrə 8 aylıq hamilə olan aktrisa Hazal Kaya prokurorluğa çağırılıb.
Bu barədə sosial şəbəkədə paylaşım edən Hazal Kaya "qarnı burnunda" olmasına baxmayaraq, ifadə verdiyini deyib: "Musa Orhan mənə də təhqiretmə iddiası üzrə dava açıb. Məsələ bu, yəni".
Akstrisa vəkillərinin iştirakı ilə ifadə verdiyini bildirib.
Xatırladaq ki, Türkiyənin Batman şəhərində 18 yaşlı İpek Erə cinsi təcavüzdə ittiham olunan Musa Orhan həbs olunsa da, sonradan o, ev dustaqlığına buraxılıb. Məhz bundan sonra məhkəməyə və ona qarşı tanınmış şəxslər tərəfindən sərt ifadələr işlədilib.
Təcavüzə uğrayan qız isə intihar edib. O, bir aya yaxın xəstəxanada müalicə olunsa da, həyata döndərilə bilməyib.
Mia.az