"Komedixana" proqramından aktyorlardan biri ayrılıb.
Mia.az xəbər verir ki, bu barədə Aktrisa Firuzə Balayeva ın özü “Səhərin səsi” verilişində açıqlama verib.
O bildirib ki, dekabrın 30-da komandadan ayrılıb: "...Mən ağıllı insanlarla işləməyi sevirəm, bir az “şiti çıxarılan” yer mənlik deyil. Düşündüm ki, öz qabımda deyiləm, bir il sonra bu həqiqəti anladım. Həmişə sənətdən başı çıxmayan adamlarla mənim problemim olur. Yenidən qayıtmaq fikrim yoxdur. Adam getdiyi yerə necə qayıtsın?".
Aktrisanın sözlərinə görə, 3 il "Komedixana"nın pulu ilə dolanıb, az-çox da tanınıb: "Onları lap ayaq altına ata bilmərəm ki, elədir, ya belədir. Elə deyil. Sadəcə qərar verib çıxmaq istədim. Ayrılmaq istəyirəm deyəndə, bəziləri dedi, getmə. Şəxsən Ənvər Abbasov demədi, getmə. Əksinə yazdı ki, özüm sənə demək istərdim ki, bizimki sənlə alınmır”.