"Ömrünü 17 yaşından səhnəyə bağlayan, obrazlarına, müxtəlif insan talelərinə həyat verən, səhnənin Məleykəsinin canlandırdığı obrazların çox qısa bir hissəsindən tamaşaçım kiçik video hazırlayıb. O illərə qayıdıb, xatirələrə daldım…"
Mia.az xəbər verir ki, bunui Xalq artisti Məleykə Əsədova növbəti paylaşımında yazıb.
O daha sionra qeyd edib ki,müsbət xarakterli çox çətin və məsuliyyətli obrazlara həyat verib: "O insan taleləri məni göylərə qaldırdı, bax ele buna görə də hər zaman sənətimə, aktrisa Məleykəyə və səhnəmə, aktyorluq sənətinin ucalığına hörmətlə yanaşıb, "hər necə gəldi" çəkilim deyə, hər obrazı qəbul edə bilmirəm.
Çox sual verirlər, niyə seriallara çəkilmirsiniz? Bəli, mən də çəkilmək istəyirəm, bəlkə də pul mənə hamıdan çox lazımdır, yalnız aktyorluq sənətimi çox sevdiyim, səhnədəki möhtəşəm obrazları ürəkdən yaradan və hər bir obraza ürəyimin bütün damarlarındakı axan qanımı axıtdığım, günahsız ürəyimi zəiflətdiyim üçün necə gəldi çəkilə bilmirəm. Təklif edən rejisorlara da təşəkkür edirəm. Bu haqda çox danışmaq istəmirəm. Bəli, tam yoxdur demirəm, amma inanıram ki, nə vaxtsa əsil sənət və sənətkarlara layiq filmlər və seriallar çəkiləcək! Bunun üçün də tək rejisor və yaxud aktyorla olmur: bunun üçün ilk maliyyə və filmin düzgün truppası lazımdır. Çox inanıram, Azərbaycan incəsənətinin istedadlı nümayəndələrinə".