Laçın yolunda etiraz aksiyası gecə saatlarında da davam edir.
Mia.az xəbər verir ki, iştirakçılar “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
***
Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 maşının sərbəst hərəkətinə şərait yaradılıb.
Mia.az xəbər verir ki, yük maşınları Laçından Xankəndi istiqamətinə hərəkət ediblər.
***
Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobil Xankəndindən Laçın istiqamətinə hərəkət edib.
Mia.az xəbər verir ki, hazırda aksiyaçılar yüksəık əhvalla etirazlarını davam etdirir, yol isə humanitar məqsəd üçün tamamilə açıqldır.
***
Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 14 təminat avtomobili sərbəst hərəkət edib.
Mia.az xəbər verir ki, bu dəfə maşınlar Laçından Xankəndi istiqamətinə yön alıblar.
Bununla da bu gün yolda hrəkət edən sülhməramlılarına məxsus maşınların ümumi sayı 27-yə çatıb.
***
Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 maşının keçidiinə şərait yaradılıb.
Mia.az xəbər verir ki, biri minik, 6-ı "KamAZ" olmaqla maşınlar Xankəndi istiqamətinə hərəkət edib.
***
Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkətinə sərbəst şərait yaradılıb.
Mia.az xəbər verir ki, biri minik və ikisi "KamAZ" olan maşınlar Xankəndindən Laçına doğru hərəkət ediblər
Xatırladaq ki, bundan əvvəl daha 3 maşının hərəkət etməsinə şərait yaradılıb.
Onu da qeyd edək ki, Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası 31 gündür davam edir. Ekofəallar və QHT nümayəndələri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulmasını tələb edirlər.