Aparıcı Elgiz Əkbər Xalq artisti Məleykə Əsədovaya şəxsi həyatı ilə bağlı gözlənilməz sual verib.
Mia.az xəbər verir ki, bu barədə o, "Elgizlə izlə" verilişində aktrisaya "Gözəl, cavan və gəncsiniz, Məleykə xanım. Niyə ərə getmirsiniz?" deyə sual verib. Ardınca isə "İstəmirsiniz ki, sizin yanınızda qayğı göstərən bir bəy olsun" soruşub.
Aktrisa bu sauala pərt və qəzəblə cavab verib: "Neçə vaxtdır ki, Elgizi bu sual, fikir alıb, götürüb. Deyir ki, necə olacaq bunun sonu. Evdə özüm boyda qızım var. Yenidən ailə həyatı qurmaq haqda isə heç düşünmürəm. Qızım ailə qurandan sonra həyat yoldaşı ilə dünya turuna çıxsa, mən də onlarla birlikdə gedəcəyəm. Bu yaşdan sonra ailə qurmağı heç istəmirəm. Allah özümə can sağlığı, güc versin. Qız övladı böyüdürəm. Həyat isə çox çətinləşib. İnsanlar çox dəyişib. Nəvələrimə baxıb, qulluq edərəm. Nəvələrim, qızım, kürəkənimlə bayramları qeyd edərəm".