"Azərbaycan hərbçilərinin Xocavənddə texnikanı atəşə tutması barədə yayılan məlumat tamamilə yalandır".
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil: "Bu məlumatı qəti surətdə təkzib edirik".