Daha 32 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina olunub.

Mia.az xəbər verir ki, bu barədə Prezident yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Bldirilib ki, ötən ay, yəni 2022-ci ilin dekabr ayında 63 nəfərə fəlsəfə doktoru, 18 nəfərə elmlər doktoru dərəcəsi verilib: "Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı verilib. Eyni zamanda, həmin müddətdə 23 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 3 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə imtina verilib".