«Azərsu» AS-də maaş böhranı yaranıb. Qurumun tabeliyində olan Bakı Birləşmiş Sukanal İdarəsinin tabeliyində olan sıravi və rəhbər heyət hələ də mart ayının maaşını ala bilməyiblər.

 Bu xəbər Mia.az-a Bakının Nərimanov Sukanal İdarəsindən daxil olub. Məlumatda bildirilir ki, maaşların gecikməsini rəhbərlik izah edə bilmir: «Sadəcə deyirlər ki, problem «Azərsu» ASC-dən qaynaqlanır».

 Məsələ ilə bağlı ASC-dən münasibət öyrənə bilmədik.

 Onu da qeyd edək ki, sözügedən ASC-nin sədri Qorxmaz Hüseynovun adı nurçu məmurlarla birgə hallanıb. Onun yaxın günlərdə vəzifəsindən azad olunacağı haqda da şayiələr dolaşır.