Dövlət Gömrük Komitəsində daha bir təyinat olub.

Mia.az xəbər verir ki, Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Natiq Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.