Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, general Əsgər Abdullayev postundan çıxarılıb.

Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Digər sərəncamla Dövlət Gömrük Komitəsinin sədrinin 2018-ci ildən müavini olan İqbal Babayev də vəzifəsindən azad edilib.