Mərhum Xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə atasının son vəsiyyətini açıqlayıb.
Bu barədə "O üz" verilişində danışan Mətin atasının yolunu davam etdirəcəyini açıqlayıb:
"Atam iki il dövlətin dəstəyi ilə Türkiyədə müalicə olundu. Dünyasını dəyişməzdən 3 ay əvvəl mənə zəng vurdu. Gecə saat 10 idi. Dedi ki, niyə oxumursan, üzərində işləmirsən? Atam müalicə alan ərəfədə oxumağı atmışdım. Dedi ki, üç mahnı göndərəcəyəm və oxu. Onları heç yerdə eşitməmişdim. Son vəsiyyəti o oldu ki, sınma, qırılma, möhkəm ol və hər şey yaxşı olacaq. Anası dünyasını dəyişəndə Yalçın müəllim qastrol səfərində idi. Ona deməmişdilər, gəldi öyrəndi və uzun müddət sənətinə ara verdi. İstəmədi ki, mən də o, dünyasını dəyişəndən sonra oxumağa ara verim".