Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Mia.az Bizim.Media-ya istinadla xəbər verir ki, Orxan Nuriyev Dövlət Gömrük Komitəsində Əməliyyat İstintaq Baş İdarəsinə rəis təyin olunub.

Qeyd edək ki, Orxan Nuriyev vaxtı ilə Səbail rayon prokurorunun müavini və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin rəisi vəzifələrində işləyib.

Onu da qeyd edək ki, o, Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.

Mia.az