Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb
Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Şəmsi oğlu Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, dekabrın 27-də Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur.