Sankt-Peterburqda Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə üçtərəfli görüş planlaşdırılmayıb.
Bu barədə Kremlin sözçüsü Peskov RİA-ya açıqlama verib.
O bildirib ki, prezident İlham Əliyev və Baş nazir Paşinyanın MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı gözlənilir.
“Hər iki liderin iştirakı gözlənilir. Amma üçtərəfli görüş planlaşdırılmayıb”-deyə Peskov vurğulayıb.
MDB dövlə başçıları 26-27 dekabrda Sankt-Peterburqda toplaşacaqlar.