Prezident İlham Əliyev bu gün daha sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Anar Qabil oğlu Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezidentin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti A.Kərimova verilmişdi. 5 yanvar 2021-ci ildə isə mədəniyyət naziri təyin edilmişdi.