Prezident İlham Əliyev bu gün daha sərəncam imzalayıb.

Mia xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, Ö.Eldarov 1927-ci ilin dekabrın 21-i Dərbənd şəhərində anadan olub. Sabah onun 95 yaşı tamam olur.