“Ən gözəl şəfa sevgi, sədaqət, hörmətdir".
Mia.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova növbəti paylaşımında qeyd edib.
O daha sonra yazıb: “Ən gözəl şəfa sevgi, sədaqət, hörmətdir. Gün keçdikcə insanlarda bu və bunun kimi bir çox gözəl duyğuların tükəndiyini görürük. Nə olar, qəlbimizi kirlətməyək, mərhəmətli olaq. Əvvəlcə özümüzə, sonra da dünyadakı bütün canlılara, təbiətə, suya, torpağa qarşı. Yaxşılıqdan heç kim zərərli çıxmayıb. Sevgi xilas edir və sağaldır. Həzrəti Məhəmmədin bu cümləsini hər oxuduğumda içim isinir: “Layiq olmadığın bir rəftar gördüyündə, unutma, o insan sənin dəyərini bilmədən ölməz”. Onun ədalətinə sığınmaq lazımdır, vəssalam. Mən elə edirəm”.