Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda həmçinin Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu sərəncamda qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.